Ermənilər atəşkəs rejimini pozmaqda davam edir

Ermənilər atəşkəs rejimini pozmaqda davam edir
# 16 iyun 2012 07:27 (UTC +04:00)
Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri dünən və bu gecə Ermənistanın Krasnoselsk və işğal olunmuş Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdən, Ağdam rayonunun Mərzili, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Tərtər rayonunun Çiləbürt və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar. Düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR