Azərbaycanda “Qayalarda yazılanlar" adlı beynəlxalq proqramın icrasına başlanılıb

Azərbaycanda “Qayalarda yazılanlar" adlı beynəlxalq proqramın icrasına başlanılıb
# 24 oktyabr 2012 12:00 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Mədəniyyət və Turizm Nazirliyi, Qobustan Milli Tarix-Bədii Qoruğu, Amerika Birləşmiş Ştatlarının Amerika Hinduların Milli Muzeyi və Smitsonian İnstitutunun tərəfdaşlığı ilə "Qayalarda yazılanlar" adlı beynəlxalq proqramın icrasına başlanılıb.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, cari ilin sentyabrından başlanan layihədə iştirakçılar qarşılıqlı səyahətlər edərək, arxeoloq və qayaüstü təsvirlər üzrə mütəxəssislərlə birgə təlimlər keçəcək, qayaüstü təsvirlərin konservasiyası, sənədləşdirilməsi və idarə olunması sahəsində təcrübə toplayacaqlar.

Hər ölkə üzrə 10 nəfərədək şəxsin iştirak etdiyi proqramda, cari ilin 21-27 oktyabr tarixində amerikalı qrupun Azərbaycana, 2013-cü ilin 9-15 mart tarixində isə Azərbaycandan olan qrupun ABŞ-a səfəri nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR