Azərbaycanda ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilən test imtahanlarının nəticələri açıqlanıb

Azərbaycanda ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilən test imtahanlarının nəticələri açıqlanıb
# 09 iyun 2012 15:32 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilən test imtahanlarının nəticələri açıqlanıb. APA-nın Ədliyyə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu gün keçirilən test imtahanında 109 nəfər müvəffəqiyyət qazana bilib.

Test imtahanından uğur qazanan namizədlərin siyahısı ilə bu ünvanda (http://justice.gov.az/view_full.php?id=367) tanış olmaq olar.

Qeyd edək ki, bu gün Azərbaycan Texniki Universitetinin idman sarayında ədliyyə orqanlarına qulluğa qəbulla bağlı imtahan keçirilib. Ədliyyə Nazirliyi Müsabiqə Komissiyasının sədr müavini Rauf Məhərrəmov bildirib ki, test imtahanında iştirak etmək üçün 338 nəfər sənəd verib, onlardan 25 faizi qadınlardır. Onun sözlərinə görə, imtahanda iştirak edənlərin 85 faizinin gənclər təşkil edir ki, onların da 70 faizi bu günədək heç yerdə işləməyib.

R.Məhərrəmov deyib ki, test imtahanından uğur qazanmış namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR