Azərbaycan əhalisi ötən il banklardan 1,4 mlrd. avro məbləğində nağd avro alıb

Azərbaycan əhalisi ötən il banklardan 1,4 mlrd. avro məbləğində nağd avro alıb
# 17 fevral 2012 08:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda 2011-ci il ərzində banklar tərəfindən əhaliyə satılan nağd avronun məbləği 1,362 mlrd. avro təşkil edib ki, bu da illik müqayisədə 33,8% çoxdur.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda banklar tərəfindən əhalidən alınan nağd avronun məbləği 238,2 mln. avroya bərabərdir.

Beləliklə, Azərbaycanda əhali tərəfindən nağd avronun alışı satışı 5,7 dəfə üstələyir. Bunun əsas səbəbi avronun xarici ölkələrə səfərə gedənlər tərəfindən alınması və ölkə daxilində onun çox az istifadə edilməsidir.

Azərbaycanda əhali tərəfindən banklardan orta hesabla hər ay 113,2 mln. nağd avro alınır və 19,9 mln. avro satılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR