Şəki rayonunda iki uşaq anası intihar edib

Şəki rayonunda iki uşaq anası intihar edib
# 03 fevral 2012 17:26 (UTC +04:00)
Şəki. Vüqar Heydərov-APA. Azərbaycanın Şəki rayonunda iki uşaq anası intihar edib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon-şəhər Polis Şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, hadisə rayonun Oxut kəndində qeydə alınıb. 1970-ci il təvəllüdlü Şəki rayonu Oxut kənd sakini Şirinova Nüşabə Fərrux qızı özünü yaşadığı evin çardağından asaraq intihar edib. Mərhumun hansı səbəbdən intihar etməsi məlum deyil. Nüşabə Şirinovanın evli və iki uşaq anası olduğu bildirilir. Faktla bağlı Şəki şəhər Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 125-ci(özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR