Mirzə Fətəli Axundov haqqında çəkilən “Sübhün səfiri” filmində Türkiyənin məşhur aktyorları rol alıb - FOTOSESSİYA
09 fevral 2012 10:34 (UTC +04:00)
Filmin yaradıcı heyətindən APA-ya verilən məlumata görə, filmin çəkilişləri İstanbulda aparılıb. Yaradıcı heyət bir həftə ərzində İstanbulda olublar. Filmin Türkiyə çəkilişlərində azərbaycanlı aktyorlarla yanaşı, türkiyəli aktyorlar da çəkilib. Fuad Paşa rolunda Ahmet Uz, Münir Əfəndi rolunda Altar Akişık, Namik Kamal rolunda Ahhan Şener, Yavər Şahin rolunda Türkiyədə yaşayan azərbaycanlı Vüqar Əliyev çəkilib. Çəkilişlərə Azərbaycandan 16 nəfərlik heyət qatılıb. Aktyorlardan yalnız Rasim Balayev Türkiyədəki çəkilişlərdə iştirak edib.
Artıq Vətənə qayıdan yaradıcı heyətin çətinliklə üzləşdiyi də bildirilib. Çəkiliş qrupu çətin hava şəraitinə görə üç gün İstanbul hava limanında qalmalı olub.
Qeyd edək ki, filmin ssenari müəllifi xalq yazıçısı Anar, quruluşçu rejissoru Ramiz Həsənoğlu, operatoru Kənan Məmmədov, bəstəkarı Cavanşir Quliyev, baş rəssamı Rafiz İsmayılov, rejissoru Akif Rüstəmov, icraçı prodüseri Adil Qulamov, geyim üzrə rəssamı Şahin Həsənlidir. Filmdə Mirzə Fətəli Axundovun gənclik dövrünü gənc aktyor Nicat Həbibov, 50 yaşından ömrünün sonuna kimi olan dövrü isə xalq artisti Rasim Balayev canlandırır. Filmdə Bakıxanov rolunda Fəxrəddin Manafov, Həsən bəy Zərdabi rolunda Məmməd Səfa, Lermontov rolunda Oleq Əmirbəyov, Tubu xanım rolunda Məlahət Abbasova çəkiliblər. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunur.

İncəsənət
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olunub
17:42
18 may 2024
Mədəniyyət Nazirliyi və AMEA-nın rəhbərliyi "Azdrama"da "Əsrə bərabər gün" tamaşasına baxıb
12:26
18 may 2024
Gəncədə 2 nömrəli musiqi məktəbi özəlləşdirilib, bina boşaldılır
17:49
17 may 2024
"Musiqi kimliyimiz" layihəsi növbəti dəfə Aşıq Şəmşirə həsr olunacaq
15:20
9 may 2024