Hacıqabulda 14 yaşlı yeniyetməni bıçaqlayan şəxs məlum olub - YENİLƏNİB

Hacıqabulda 14 yaşlı yeniyetməni bıçaqlayan şəxs məlum olub - YENİLƏNİB
# 18 may 2024 15:44 (UTC +04:00)

Yetkinlik yaşına çatmayan şəxslər arasında yaranan mübahisə zamanı bir yeniyetmənin xəsarət alması faktı ilə bağlı müvafiq ekspertiza təyin olunub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, əməli törədən şəxs məlumdur. Ekspertizanın rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Araşdırmalar davam etdirilir.

***

15.10

Hacıqabulda 14 yaşlı yeniyetmə bıçaqlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul sakini, 2010-cu il təvəllüdlü Qoçaliyev Əli bıçaqlanma diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı aydınlaşdırılır.

Faktla bağlı Hacıqabul polisi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR