Sığorta bazarının aktivləri 1,8 mlrd. manatı ötüb

Sığorta bazarının aktivləri 1,8 mlrd. manatı ötüb
# 18 may 2024 12:48 (UTC +04:00)

2023-cü ildə sığorta sektorunun aktivləri 15% və ya 233 mln. manat artaraq 1,827 mln. manata çatıb.

"APA-Economics" bu barədə Mərkəzi Banka istinadən xəbər verir. Məlumata görə, aktivlərin 46%-i və ya 847 mln. manatı dövlət qiymətli kağızlarının, 24%-i və ya 431 mln. manatı bank vəsaitlərinin, 9%-i və ya 170 mln. manatı debitor borcların payına düşüb.

Qeyd edilib ki, sığorta şirkətlərinin investisiyaları ötən ilin sonu ilə müqayisədə 18% və ya 233 mln. manat artaraq 1,501 mln. manata çatıb. Artım əsasən dövlət qiymətli kağızları (215 mln. manat) hesabına baş verib. Ümumilikdə, həyat sığorta şirkətlərinin aktivlərinin 91%- ni, qeyri-həyat sığorta şirkətlərinin aktivlərinin isə 73%-ni investisiya portfeli təşkil edir.

Sığorta şirkətlərinin investisiya aktivləri əsasən DQK-dan və bank vəsaitlərindən ibarətdir. 2023-cü ildə sığorta sektoru investisiya fəaliyyətindən 85 mln. manat gəlir əldə edib ki, bu da cəmi gəlirlərin 6%-ni təşkil edir.

AMB əlavə edib ki, sığorta şirkətlərinin investisiya fəaliyyətinin effektivliyini artırmaq üçün 2023-cü il 25 oktyabr tarxli qərarına əsasən “Sığortaçıların investisiya əməliyyatları ilə bağlı” yeni qayda təsdiq edilib. Yeni qayda sığorta şirkətlərinin investisya qaydaları ilə bağlı bir çox məqamları özündə ehtiva edərək məcmu kapitalda diversifikasiya əmsallarını, investisiya edilən aktivlərin keyfiyyətinə dair tələbləri müəyyən edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR