Şirvanda fərdi yaşayış evi uçub – FOTO

Şirvanda fərdi yaşayış evi uçub – <font color=red>FOTO </font>
# 24 fevral 2012 12:41 (UTC +04:00)
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün saat 14.30 radələrində Şirvan şəhərinin 1 May küçəsi - 74 ünvanında yerləşən, 1937-ci il təvəllüdlü Quliyeva Şəfiqə Əliağa qızına məxsus, palçıq kərpicdən tikilmiş evin bir hissəsi uçub. Ev yaşayış üçün yararsız vəziyyətə düşüb. Evdə 3 ailənin 8 üzvü yaşayıb. Xəsarət alan olmayıb. Ev sahibi Kür daşqınları zamanı həyətdə qrunt suları yarandığını, bunu evin qəzalı vəziyyətə düşərək uçmasına səbəb olduğunu deyib. Xatırladaq ki, ev Kür çayı sahilinə yaxın məsafədə yerləşir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR