İran XİN Beynəlxalq Məsələlər və Siyasi Araşdırmalar İnstitutunun baş direktoru: İran və Azərbaycan qarşıya çıxan maneələrin aradan qaldırılması üçün lazımi yollar axtarıb tapmalıdır”

İran XİN Beynəlxalq Məsələlər və Siyasi Araşdırmalar İnstitutunun baş direktoru: İran və Azərbaycan qarşıya çıxan maneələrin aradan qaldırılması üçün lazımi yollar axtarıb tapmalıdır”
# 02 mart 2012 14:20 (UTC +04:00)
Bu açıqlamanı APA-nın sualını cavablandıran İran Xarici İşlər Nazirliyinin Beynəlxalq Məsələlər və Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Mustafa Dövlətyar verib. O bildirib ki, Azərbaycan və İran arasında mədəniyyət, tarix, din, dil ortaqlıqları mövcuddur: “Təəssüf ki, bəzi qüvvələr iki ölkə arasında əlaqələrin inkişafına və genişlənməsinə maneə törədirlər. Düşünürəm ki, bu məsələdə ölkələrin araşdırma mərkəzlərinin xüsusi rolu ola bilər. Bu yolların araşdırılmasında həmin qurumlar effektiv rola malik ola bilərlər. Biz İranda siyasi tədqiqat mərkəzi olaraq, hazırkı səfərimizdə azərbaycanlı dostlarımızla müzakirələrimizdə hər bir sahədə köməyə hazır olduğumuzu demişik. Ümid edirik ki, iki ölkə ziyalılarının, siyasi xadimlərinin əməkdaşlığı sayəsində münasibətlərin genişləndirilməsi yollarını axtarıb tapa biləcəyik”.

M. Dövlətyar qeyd edib ki, Azərbaycan-İran əlaqələrinin inkişaf yollarının tapılması üçün ciddi iradəyə ehtiyac var.

O, bu gün İranda keçirilən parlament seçkiləri ilə bağlı məsələyə də münasibətini açıqlayıb: “İranda sonuncu prezident seçkilərindən sonra bəzi problemlər yaşandı. Burada da xarici qüvvələrin rolu danılmazdır. Demokratik seçkilərdə kəskin mübarizə hallarının olması təbiidir. Bu gün İranda keçirilən parlament seçkilərində xalqın iştirakı vətəndaşların mövcud quruluşa etimadının nümayişidir. Ümumiyyətlə İranda seçki mühiti həmişə rəqabət şəklində keçir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR