Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 07 mart 2012 06:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Martın 6-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 2,02 dollar və ya 1,9% azalaraq 1 barelə görə 104,70 dollar təşkil edib.

«APA-ECONOMICS»in məlumatına görə, martın 6-da ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,82 dollar və ya 1,5% azalaraq 121,98 dollar olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR