MOİK-in əsgəri güləş üzrə Avropa çempionu olub

MOİK-in əsgəri güləş üzrə Avropa çempionu olub
# 12 mart 2012 12:56 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yunan-Roma güləşi üzrə 55 kiloqram çəkili idmançılar arasında keçirilən yarışda çıxış edən Azərbaycan idmançısı ilk qələbəni Ermənistan güləşçisi Roman Amayan üzərində qazanıb.

¼ finalda Ukrayna idmançısı Dmitri Xarkoya, yarımfinalda Türkiyə təmsilçisi Fateh Üçüncüyə qalib gələn Elçin Əliyev finalda Macarıstan idmançısı Peter Modosa üzərində qələbə çalaraq çempion olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR