Avropa Voleybol Konfederasiyası kuboku Bakıya gətirir

Avropa Voleybol Konfederasiyası kuboku Bakıya gətirir
# 27 mart 2012 08:40 (UTC +04:00)
Bakı – APA. “Çelenc Cup” turnirində Azərbaycan klubları “Bakı” və ya “Lokomotiv”ə kuboku kimin təqdim edəcəyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu Avropa Voleybol Konfederasiyasının (CEV) vitse-prezidenti Banu Can olacaq.

CEV rəsmisi Bakıya final mərhələsinin ikinci “Lokomotiv” – “Bakı” oyunundan əvvəl təşrif buyuracaq. O, ötən il olduğu kimi yenə “Çelenc Cup”ı paytaxtımıza gətirəcək. Qalib isə aprelin 1-də müəyyənləşəcək.

Qeyd edək ki, Can 2010/2011 mövsümündə də “Azərreyl”ə kuboku təqdim etmişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR