Hüquq müdafiəçisi Ramil Usubovla görüşüb

Hüquq müdafiəçisi Ramil Usubovla görüşüb
# 16 aprel 2012 08:36 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov daxili işlər naziri Ramil Usubovla görüşüb. E. Behbudovun APA-ya verdiyi xəbərə görə, görüşdə insan hüquq və azadlıqları barəsində söhbət olub: “Mən polis şöbələrinin müvəqqəti saxlanma məntəqələrində apardığım monitorinqlər zamanı aşkarlanan problemlər barəsində nazirə məlumat verdim. Həmçinin “Kür” Vətəndaş Cəmiyyətinin koordinatoru Oqtay Gülalıyevlə bağlı söhbətimiz oldu. Mən bildirdim ki, Oqtay Gülalıyevlə görüşmüşəm. O, polis şöbəsində qeyri-insani rəftarla üzləşdiyini bildirib”. E. Behbudovun sözlərinə görə, Ramil Usubov O. Gülalıyevin qeyri-insani rəftara məruz qalması barədə nazirlik tərəfindən araşdırma aparıldığını və bunun öz təsdiqini tapmadığını deyib. Ramil Usubov, həmçinin qeyd edib ki, nazirlikdə keçirilən hər kollegiya iclasında polis rəislərinə qeyri-insani rəftara yol verməmək barədə tapşırıq verir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR