Azərbaycan Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət gərgin olaraq qalır

Azərbaycan Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət gərgin olaraq qalır
# 17 aprel 2012 07:07 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Ordusunun bölmələri aprelin 16-da saat 10.55-dən 11.00-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 17.35-dən 17.45-dək və 21.20-dan 22.10-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqelərimizi, saat 18.35-dən 18.40-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərində yerləşən mövqelərimizi, saat 12.40-dan 12.45-dək Füzuli rayonunun Horadiz kəndi yaxındlığında yerləşən mövqelərdən, saat 18.30-dan 18.35-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 19.00-dan 19.10-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.15-dən 23.25-dək və 23.20-dən 23.25-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR