Küveyt İraqla hava əlaqəsini bərpa edib

Küveyt İraqla hava əlaqəsini bərpa edib
# 18 aprel 2012 04:20 (UTC +04:00)
Bakı-APA. 20 illik fasilədən sonra ilk Küveyt təyyarəsi İraqın en-Nəcəf hava limanına edib.

APA-nın verdiyi xəbərə görə, “Əl Cəzirə” avia şirkətinin həyata keçirdiyi reysdə 157 sərnişinin arasında Küveytin İraqda, İraqın Küveytdəki səfirləri olub.

Şirkət həftədə 4 dəfə Bağdada və 4 dəfə İraqın en-Nəcəf şəhərinə uçuşlar edəcək.

20 il bundan qabaq İraq Küveti işğal edəndən sonra iki ölkə arasında hava əlaqəsi kəsilib. Bu ilin martında İraqın baş naziri Nuri əl Malikinin Küveytə səfəri zamanı bu problem öz həllini tapıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR