Azərbaycanın birinci xanımı Romada Nizami Gəncəvinin abidəsinin açılış mərasimində iştirak edib-FOTO

Azərbaycanın birinci xanımı Romada Nizami Gəncəvinin abidəsinin açılış mərasimində iştirak edib-<font color=red>FOTO</font>
# 20 aprel 2012 20:41 (UTC +04:00)
APA-nın “Azərtac”a istinadən verdiyi xəbərə görə, Romanın “Villa Borghese” parkında ucaldılan abidənin açılış mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.

Mərasimdə çıxış edən Roma Şəhər Meriyasının beynəlxalq şöbəsinin müdiri Serena Forni Romada dahi şairə heykəl ucaldılmasını iki ölkə arasında dostluğun rəmzi kimi qiymətləndirib. Xanım Forni son vaxtlar Romada Mehriban Əliyevanın təşəbbüsü ilə bir sıra tədbirlərin keçirildiyini vurğulayıb.

Bu tədbirlərdən biri kimi ötən il ölkəmizin müstəqilliyinin bərpa edilməsinin 20 illiyi münasibətilə Romada keçirilən tədbiri xatırladıb.
Neapol Şərqşünaslıq Universitetinin professoru Mineli Bernardini də Nizami Gəncəvinin əsərlərini bütün dövrlər üçün əvəzsiz xəzinə adlandırıb.

Professor bildirib ki, şairin yaradıcılığının Azərbaycan xalqına xidmət etməklə yanaşı, digər xalqlar üçün də böyük əhəmiyyət daşıdığını vurğulayıb: “Nizamini İtaliyada da yaxşı tanıyırlar”.
M.Bernardini N. Gəncəvinin əsərlərini italyan dilinə tərcümə edildiyini və sevildiyini, onun yaradıcılığının bəşəri əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxışında abidənin ucaldılmasında əməyi olan insanlara minnətdarlığını bildirib.
Bu günlərdə İtaliyada Azərbaycan Mədəniyyəti Günlərinin keçirildiyini xatırladan birinci xanım qeyd edib ki, N. Gəncəvinin abidəsinin açılışını bu hadisənin kulminasiya nöqtəsidir.

“Nizami Gəncəvi Azərbaycan mədəniyyətinin və tarixinin ən görkəmli şəxsiyyətlərindən biridir”, - deyən Mehriban Əliyeva Nizami yaradıcılığının bütün dünyada sevildiyini, UNESCO tərəfindən ədibin 850 illiyi münasibətilə 1991-ci ilin “Nizami Gəncəvi ili” elan edildiyini diqqətə çatdırıb. Mehriban Əliyeva şairin əlyazmalarının dünyanın bir çox kitabxanalarında və arxivlərində saxlanıldığını da vurğulayıb.

Mehriban Əliyeva Nizami yaradıcılığının bəşəri olduğunu, hələ orta əsrlərdə - Renessans dövründə bir çox Avropa ədiblərinin Nizaminin əsərlərinə müraciət etdiyini söyləyib.

Şairin Gəncədəki məqbərəsinin mədəniyyət və tarixi abidə kimi dövlət tərəfindən qorunduğunu vurğulayan birinci xanım Romada belə bir abidənin ucaldılmasının İtaliyada da onun yaradıcılığına, diqqət və marağı artıracağına əminliyini vurğulayıb: “Eyni zamanda, bu hadisə ölkələrimiz arasında mədəniyyət və humanitar sahələrdə əlaqələrin möhkəmləndirilməsinə şübhəsiz ki, öz töhfəsini verəcək. İtaliya və Azərbaycan bu gün demək olar ki, bütün sahələrdə tərəfdaşdır və bizim mədəniyyət sahəsində görüşlərimiz artıq ənənəvi xarakter daşıyır”.

Mehriban Əliyeva ötən ilin dekabrında Romada ölkəmizin müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünə həsr edilmiş Azərbaycan Gecəsi keçirildiyini xatırladıb: “Roma Opera Teatrında Azərbaycan musiqisi, muğam səslənirdi, Azərbaycanın qədim xalçaçılıq məktəbini əks etdirən sərgi təşkil olunub. Bu ilin sonunda Azərbaycanın müasir incəsənətini əks etdirən “Bakıya uçuş” adlı sərgi təşkil ediləcək”.

Birinci xanım bu ay Romada və digər şəhərlərində keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin maraqla qarşılandığını qeyd edib: “Bu ilin payızında Azərbaycanda İtaliya Mədəniyyəti Günləri keçiriləcək. Mən sizi əmin etmək istərdim ki, İtaliyanın zəngin tarixi, mədəniyyəti, incəsənəti, musiqisi, rəssamlıq və memarlıq məktəbi ölkəmizdə çox yaxşı tanınır və sevilir”.

Mədəniyyət və incəsənətin xalqları, insanları bir araya gətirmək, daha yaxşı anlamaq üçün ən gözəl vasitə olduğunu deyən Mehriban Əliyeva gələcəkdə ölkələrimiz arasında maraqlı layihələrin həyata keçiriləcəyini, əməkdaşlığın daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, N. Gəncəvinin Romadakı abidəsinin müəllifləri xalq rəssamı Salxab Məmmədov və əməkdar rəssam Əli İbadullayevdir.
Layihə Roma şəhər meriyasının tarix və incəsənət komissiyası tərəfindən təsdiqlənib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 23 dekabr 2011-ci ildə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb. ı
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR