Qaradağ rayon sakini avtomobildə yanaraq ölüb

Qaradağ rayon sakini avtomobildə yanaraq ölüb
# 23 aprel 2012 09:58 (UTC +04:00)
Bakı-APA. Bakıda avtomobil yanıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə aprelin 22-də saat 06.00 radələrində Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisindəki 2 saylı Yataqxananın qarşısında qeydə alınıb. "VAZ-2109" markalı avtomaşının yanar konstruksiyaları bütövlükdə yanıb. Yanğın söndürüldükdən sonra avtomaşının salonunda qəsəbə sakini Bəxtiyar Mehdiyevin yanmış meyiti aşkar edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR