Azərbaycan Milli Məclis sədrinin müavini Almaniya Azad Demokrat Partiyasının federal sədri ilə görüşüb

Azərbaycan Milli Məclis sədrinin müavini Almaniya Azad Demokrat Partiyasının federal sədri ilə görüşüb
# 30 aprel 2012 16:09 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Milli Məclis (MM) sədrinin müavini Valeh Ələsgərov Azərbaycanda səfərdə olan Almaniya Azad Demokrat Partiyasının federal sədri, Bundestaqın deputatı, xanım Birqit Homburqerlə görüşüb. MM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Valeh Ələsgərov Milli Məclislə Almaniya Bundestaqı arasında əlaqələrin inkişafından danışıb, qarşılıqlı səfərlərin, aparılan danışıqların, deputatların beynəlxalq tədbirlərdəki faydalı əməkdaşlığının parlamentlərarası münasibətlərin daha da möhkəmlənməsində mühüm rol oynadığını bildirib.

Milli Məclisin sədr müavini Azərbaycanın dinamik inkişafı, ölkəmizin regionda həyata keçirilən irimiqyaslı layihələrdə, eləcə də Avropanın enerji təhlükəsizliyindəki rolu barədə qonağa ətraflı məlumat verib.

Azərbaycana səfərindən məmnun qaldığını deyən xanım Birqit Homburqer səfərin məqsədinin iki ölkə arasında əlaqələri daha da inkişaf etdirmək, xüsusən də parlamentlərarası əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparmaq olduğunu deyib. Söhbət zamanı qonaq Azərbaycanın əldə etdiyi uğurları, enerji layihələrindəki rolunu yüksək qiymətləndirib və ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR