“ATƏT məkanında sabitlik və əməkdaşlığa dəstək” mövzusunda iqtisadi konfrans keçiriləcək

“ATƏT məkanında sabitlik və əməkdaşlığa dəstək” mövzusunda iqtisadi konfrans keçiriləcək
# 01 may 2012 10:53 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Mayın 11-14-də Gürcüstanın Batumi şəhərində ATƏT Parlament Assambleyasının təşkilatçılığı ilə “ATƏT məkanında sabitlik və əməkdaşlığa dəstək” mövzusunda iqtisadi konfrans keçiriləcək. APA-nın xəbərinə görə, iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi, enerji təhlükəsizliyi, şəffaf investisiya mühitinin yaradılması, nəqliyyat və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, kiçik və orta sahibkarlığın inkişafı məsələlərinə həsr olunan konfransda 31 ölkədən 90-a yaxın parlamentar iştirak edəcək.

Tədbirdə ATƏT PA-nın prezidenti Petros Eftimiu, Gürcüstan prezidenti Mixail Saakaşvili, Avropa Birliyinin Gürcüstandakı böhranlar və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefort, ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Soares iştirak edəcəklər.

Konfransda Azərbaycan nümayəndə heyətinin də iştirakı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR