İranda keçirilən parlament seçkiləri sona çatıb

İranda keçirilən parlament seçkiləri sona çatıb
# 04 may 2012 22:34 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda bu gün keçirilən IX çağırış parlament seçkilərinin ikinci turu sona çatıb. APA-nın məlumatına görə, bu barədə İranın Daxili İşlər Nazirliyi açıqlama yayıb. Bildirilib ki, səsvermənin müddəti daha uzadılmayacaq.
Qeyd edək ki, İranda bu gün keçirilən parlament seçkilərində səsvermə yerli vaxtla səhər saat 8:00-da başlayıb. Səsvermə saat 18:00-da bitməli olsa da, müddəti 3 dəfə uzadıldığı üçün 21:00-da başa çatıb. Seçkilərin nəticəsi 24 saat sonra açıqlanacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR