Gələn ay «Texnikabank»ın səhmdarlarının növbədənkənar iclası keçiriləcək

Gələn ay «Texnikabank»ın səhmdarlarının növbədənkənar iclası keçiriləcək
# 07 may 2012 15:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Texnikabank» ASC-nin İdarə Heyəti bildirir ki, bu ilin iyun ayının 11-də saat 15:00-da bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, növbədənkənar ümumi yığıncaq Bakı şəhəri, Atatürk prospekti, 1107 ünvanında keçiriləcək.

Xatırladaq ki, «Texnikabank» ASC 1993-cü ildə təsis olunub. Bankın 35 filialı və 637 işçisi mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR