Parisdə Qeyri-maddi Mədəni İrsin Mühafizəsi Konvensiyasına üzv dövlətlərin Baş Assambleyasının IV iclası keçiriləcək

Parisdə Qeyri-maddi Mədəni İrsin Mühafizəsi Konvensiyasına üzv dövlətlərin Baş Assambleyasının IV iclası keçiriləcək
# 01 iyun 2012 13:54 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. İyunun 4-8-də Parisdə UNESCO-nun Baş Qərargahında Qeyri-maddi Mədəni İrsin Mühafizəsi Konvensiyasına üzv dövlətlərin Baş Assambleyasının IV iclası keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumatda bildirilir ki, iclas zamanı Konvensiyanın icrası üzrə operativ təlimatlara yenidən baxılması, qeyri-hökumət təşkilatlarının Komitə yanında məsləhətçi qismində akkreditasiya olunması məsələsinin müzakirəsi və Komitənin yeni üzvlərinin seçilməsi, həmçinin növbəti ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Mühafizəsi Konvensiyasının yubiley tədbirinin və Hökumətlərarası Komitənin iclasının Bakıda keçirilməsi məsələsi müzakirə olunacaq. UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Mühafizəsi Konvensiyasına üzv dövlətlərin Baş Assambleyasının IV iclasında nazirliyin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə, həmçinin UNESCO-nun müstəqil eksperti Sənubər Bağırova iştirak edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR