Azərbaycanın İordaniyadakı səfiri İraqa səfər edib
14 iyun 2012 12:17 (UTC +04:00)
Səfirlikdən APA-ya verilən məlumata görə, səfər çərçivəsində E. Araslı İraqın yüksək vəzifəli rəsmiləri ilə görüşüb.
Baş nazir N. Malikinin siyasi məsələlər üzrə müşaviri Corc Bakos ilə keçirilmiş görüşdə müxtəlif sahələrdə, xüsusilə siyasi, iqtisadi və humanitar sahələrdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri və tərəflərin konkret təklifləri barədə fikir mübadiləsi aparılıb, həmçinin ölkənin daxili-siyasi vəziyyəti və regionda cərəyan edən hadisələr müzakirə edilib.
Xarici işlər nazirinin müavini Labid Məcid Abbavi ilə söhbət zamanı 2012-ci il ərzində Azərbaycan-İraq Hökumətlərarası Birgə Komissiyasının ilk iclasının Bakıda keçirilməsi imkanları, iki ölkə arasında qarşılıqlı yüksək səviyyəli görüşlərin təşkili, ikitərəfli əməkdaşlıq imkanları, İraqda Azərbaycan səfirliyinin açılması və ölkənin bərpası barədə fikir mübadiləsi aparılıb.
Görüşlər zamanı İraq tərəfinə Azərbaycanın tarixini, mədəniyyətini və iqtisadiyyatını əks etdirən məlumat topluları təqdim edilib.

Xarici siyasət
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
21:29
18 may 2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
20:24
18 may 2024
Deputat: Azərbaycanla Belarus dost və strateji tərəfdaş ölkələrdir
11:32
18 may 2024
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
22:17
17 may 2024