Səfir: “Rumıniya Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdə davam edəcək”
19 iyun 2012 21:10 (UTC +04:00)
APA-nın verdiyi xəbərə görə, tədbirdə çıxış edən Rumıniyanın səfiri Daniel Kristian Çabanu deyib ki, bu 20 il ərzində iki dövlət arasında möhkəm dostluğun bünövrəsi qoyulub. O Azərbaycan Rumıniya arasında strateji məna daşıyan qarşılıqlı faydalı əməkdaşlığı yüksək qiymətləndirib və bildirib ki, bu regionda sülhün təmin olunmasına və çiçəklənməsinə töhfə olacaq.
Səfir bildirib ki, Rumıniya Azərbaycanla iqtisadiyyat və mədəniyyət sahələri daxil olmaqla əməkdaşlığı inkişaf etdirməkdə davam edəcək.
Görüşdə iştirak edən Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov çıxışında qeyd edib ki, Rumıniya 1992-сi ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub və Buxarest Dağlıq Qarabağ probleminin həllində Azərbaycanı dəstəkləyir.
Tədbirdə Azərbaycanda akkreditə olunan diplomatik nümayəndələrinin rəhbərləri, Milli Məclisin deputatları, dini konsessiyaların, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib.

Xarici siyasət
Emoməli Rəhmon Şəhidlər xiyabanını ziyarət edib
19:44
22 may 2024
Tacikistan Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib
19:21
22 may 2024
Hakan Fidan: Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalansa, bu, bütün regiona müsbət təsir göstərəcək
19:08
22 may 2024
Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana dövlət səfərinə gəlib
18:51
22 may 2024