Azərbaycan Gənclər Parlamentinə namizədlər üçün test imtahanı keçirilib

Azərbaycan Gənclər Parlamentinə namizədlər üçün test imtahanı keçirilib
# 25 iyul 2012 08:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Azərbaycan Gənclər Parlamentinə namizədlər üçün test imtahanı keçirilib. APA-nın məlumatına görə, Gənclər Parlamentinin müsabiqə əsasında formalaşması və 50 gəncdən ibarət olması nəzərdə tutulur. May ayının 14-dən 28-dək aparılmış ərizə qəbulu nəticəsində 809 namizəd qeydə alınıb.

Gənclər Parlamentinə üzvlərin seçilməsi 2 mərhələdə – test imtahanı və müsahibə mərhələlərində həyata keçiriləcək. Komissiya tərəfindən test imtahanı kompüter vasitəsilə keçirilir. Namizədlərin daha yaxşı hazırlaşmaları üçün komissiya tərəfindən hazırlanmış test imtahanı proqramları, metodik vəsait və ədəbiyyatların siyahısı komissiyanın rəsmi saytında öncədən yerləşdirilir. İmtahanda namizədlərin dünyagörüşü, o cümlədən Azərbaycan dili, tarixi və coğrafiyası, Konstitusiya üzrə, informasiya texnologiyaları üzrə və məntiqi düşünmə qabiliyyəti üzrə bilikləri yoxlanılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR