İranın Şərqi Azərbaycan vilayətində dağıntı baş vermiş ərazilərdə 5626 çadır qurulub-FOTO

İranın Şərqi Azərbaycan vilayətində dağıntı baş vermiş ərazilərdə 5626 çadır qurulub-<font color=red>FOTO </font>
# 12 avqust 2012 12:04 (UTC +04:00)
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Hüseyn Dirəxşan açıqlama verib.

O bildirib ki, zəlzələ nəticəsində ölənlərin sayı 250 nəfəri keçib: “Əhər, Vərzigan və Heris şəhərlərinin 105 kəndinə zərər dəyib. Zərərçəkənlərə yardım etmək üçün 14 şəhərdən qüvvə cəlb edilib. Yaralıların sayı 2006 nəfərdən çoxdur. Fəlakət bölgəsinə 71 ambulans və 18 min qida konservi göndərilib. Dağıntı altında qalan insanları xilas etmək üçün xüsusi təlim görmüş 15 itdən də istifadə edilir”.

Qeyd edək ki, avqustun 11-də İranda saat 16:00 radələrində episentri Vərzigan olmaqla Azərbaycan vilayətlərinin Təbriz, Əhər, Heris, Ərdəbil və Urmiya şəhərlərində 6.2 bal gücündə zəlzələ baş verib. İlk zəlzələdən sonra 20-dən çox 4 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Ən çox tələfat Əhər, Heris və Vərzigan şəhərlərindədir. Bu şəhərlərə aid 60 kəndin 80%-nə ciddi ziyan dəyib, Herisin Bacabac və Çobandar kəndləri tamamilə yerlə yeksan olub. Fəlakət bölgəsində zərərçəkənlər üçün suya və qidaya ehtiyac var. Ölü sayının 300 nəfərə çatacağı istisna edilmir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR