“Wikileaks”in yaradıcısı Culianu Assanja tərəfdarları qarşısında çıxış edib

“Wikileaks”in yaradıcısı Culianu Assanja tərəfdarları qarşısında çıxış edib
# 19 avqust 2012 17:28 (UTC +04:00)
APA-nın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Assanja nitqində ona dəstək olan ölkələrə və ailəsinə təşəkkür edib.

O, ABŞ prezidenti Barak Obamanı və rəsmi Vaşinqtonu Wikileakslə bağlı iddialardan əl çəkməyə çağırıb: “ Araşdırmalar dayandırılmalı, Wikileaks işçilərinin və dəstəkləyənlərin həbs edilməyəcəyi açıqlanmalı, dünya güçlülərinin gizli oyunlarını açdığı üçün Wikileaks günahkar bilinməməlidir”.

O, “Wikileaks”ə məlumat ötürməkdə ittiham olunaraq, həbs edilmiş ABŞ əsgəri Bradley Manningin də sərbəst buraxılması üçün də çağırış edib.

Qeyd edək ki, iki aydır ki, görünməyən Assanja barəsində İngiltərə məhkəməsinin qərarı ilə təhliyə qərarı çıxarılmışdı. Ona qoyulan şərtlərdən biri də siyasi açıqlamalarla çıxış etməməsi idi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR