Cennifer Lopezin ilin sonuna kimi bütün proqramı məlumdur

Cennifer Lopezin ilin sonuna kimi bütün proqramı məlumdur
# 03 sentyabr 2012 13:38 (UTC +04:00)
Müğənni Bakıdan sonra Sankt-Peterburq, Moskva və İstanbulda da konsertlər verəcək

Bakı. Ülkər Rəşidqızı – APA. Sentyabrın 22-si və 23-də Bakıda çıxış edəcək dünyaca məşhur müğənni Cennifer Lopez Azərbaycandan dərhal sonra Belarusa gedəcək. APA-nın sənətçinin saytına istinadən yaydığı xəbərə görə, hazırda Bakı konsertinə hazırlaşan Cennifer Lopezin saytında Bakıdakı çıxışları barədə də məlumat verilir. Cennifer Lopezin Bakıda solo konserti sentyabrın 23-də “Baku Crystal Hall”da keçiriləcək.
Dünya şöhrətli müğənninin ilin sonuna kimi proqramı artıq məlumdur və sənətçi iki gündən bir ayrı-ayrı ölkələrdə çıxış edəcək. Bu sırada sentyabrın 25-də Belarus, 27-də Polşa, oktyabrın 5-də Portuqaliya, 7-də İspaniya, 13-də Almaniya, 14-də Belçika, 16-sı və 17-də Fransa, 19-da İrlandiya, 22-si və 23-də Böyük Britaniya, 25-də Almaniya, 26-da Çexiya, 29-da Niderland, noyabrın 3-də Danimarka, 5-də İsveç, 7-də Finlandiya, 8-də Rusiyanın Sankt-Peterburq (İce Palace), 10-u və 11-də isə Moskvanın Krokus konsert salonunda konsert verəcək. İlin sonuna kimi Cennifer Lopez Ukraynanın Kiyev (Palace of Sports), Türkiyənin İstanbul (Ulker Sports Arena), Bolqarıstanın Sofia (Armeec Arena), Serbiyanın Belqrad (Nokia Arena), Dubay (Dubai Media City) tamaşaçıları qarşısında canlı proqram nümayiş etdirəcək. Daha sonra, dekabrın 6-dan 18-nə kimi Avstraliyanın müxtəlif şəhərlərində səhnəyə çıxacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR