Azərbaycanda polkovnik-leytenant qadın faciəli şəkildə ölüb

Azərbaycanda polkovnik-leytenant qadın faciəli şəkildə ölüb
# 05 sentyabr 2012 12:02 (UTC +04:00)
APA-nın məlumatına görə, kəllə-beyin travması ilə Daxili Qoşunların hospitalına yerləşdirilən Daxili Qoşunların Baş İdarəsinin sanitar-epidemioloji dəstəsinin rəisi Xanımzər Nabatəliyeva dünyasını dəyişib.

Aparılan araşdırmalar zamanı X. Nabatəliyevanın bir neçə gün əvvəl 165 saylı xətt avtobusundan yıxılaraq xəsarət aldığı məlum olub. Aldığı xəsarətlər ağır olduğundan onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR