Azərbaycanın gəlirlər üzrə mənfi saldosu 10% azalıb

Azərbaycanın gəlirlər üzrə mənfi saldosu 10% azalıb
# 12 sentyabr 2012 08:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın 2012-ci ilin I yarımillik üzrə tədiyyə balansında əks etdirilən gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 3 480,2 mln. dollar təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumatına görə, bunun 2 916,1 mln. dolları və ya 83,8%-i Azərbaycandan ödənişlər, 564,1 mln. dolları və ya 16,2%-i ölkəyə gəlirlərlə bağlı olan daxilolmalardır təşkil edib.

Beləliklə, 2012-ci ilin ilk 6 ayı üzrə gəlirlər üzrə tədiyyə balansında 2 352,0 mln. dollar məbləğində mənfi saldo yaranıb ki, bu da əvvəlki ilə nisbətən 9,7% azdır. Göründüyü kimi, ümumilikdə gəlirlər üzrə Azərbaycandan olan ödənişlər Azərbaycana daxil olan ödənişləri 5,2 dəfə üstələyir.

Azərbaycandan ödənişlərin əsas hissəsini (2,3 mlrd. dollar) beynəlxalq neft-qaz konsorsiumlarının xarici investorlarının payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində), qeyri-rezidentlərə ödənilmiş əmək haqları (90,9 mln. dollar) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (160,4 mln. dollar) təşkil edir.

Gəlirlər üzrə mənfi saldonun 2 236,5 mln. dolları və ya 95,1%-i neft-qaz sektoru, 115,5 mln. manatı və ya 4,9%-i isə digər sahələrin payına düşür. Neft-qaz sektoru üzrə ödənişlər daxilolmaları 20,9 dəfə üstələyir (ödənişlər 2 359,3 mln. dollar, daxilolmalar 122,7 mln. dollara bərabərdir). Digər sahələr üzrə həmin nisbət cəmi 26,2%-dir (ödənişlər 556,9 mln. manat, daxilolmalar 441,4 mln. manata bərabərdir).
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR