Fizuli Ələkbərov Vyanada keçirilən nazirlər konfransında iştirak edib - FOTO

Fizuli Ələkbərov Vyanada keçirilən nazirlər konfransında iştirak edib - <font color=red>FOTO</font>
# 21 sentyabr 2012 12:07 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA, Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov sentyabrın 19-20-də BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE) tərəfindən Avstriyanın Vyana şəhərində keçirilən “Cəmiyyətin bütün yaşlar üçün təmin edilməsi: həyat keyfiyyətinin və aktiv yaşlaşmanın təşviqi” mövzusunda keçirilən nazirlər konfransında iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, konfransda Yaşlaşma üzrə Beynəlxalq Madrid Fəaliyyət Planına və onun Regional İcra Strategiyasına yenidən baxılaraq, yaşlaşma ilə bağlı məsələlər geniş şəkildə müzakirə olunub. Tədbirin sonunda qeyd olunan strategiyanın icrası sahəsində üzv dövlətlərin növbəti beş il üçün öhdəliklərini nəzərdə tutan nazirlər bəyannaməsi qəbul olunub.

Səfər çərçivəsində F.Ələkbərovla Avstriya prezidenti Haynts Fişer arasında görüş olub. Haynts Fişer görüşdə ölkəsinin Azərbaycanla siyasi, iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığının uğurla inkişaf etdiyini deyib. F.Ələkbərov Avstriya ilə əmək və sosial müdafiə sahəsində də əməkdaşlığın inkişafı üçün bütün səylərin göstərildiyini bildirib.

Nazirin Avstriyanın federal əmək, sosial işlər və istehlakçıların müdafiəsi naziri Rudolf Hundstroferlə görüşündə Avropa İttifaqının müxtəlif proqramları çərçivəsində həyata keçirilən əməkdaşlıq əlaqələrinə toxunulub. Konfrans çərçivəsində həmçinin ayrı-ayrı ölkələrdən olan nazirlərlə görüşlər də keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR