Azərbaycan-İtaliya parlamentlərarası işçi qrupunun rəhbəri: “İtaliya parlamenti Xocalı faciəsi ilə bağlı qətnamə layihəsini müzakirəyə çıxaracaq”

Azərbaycan-İtaliya parlamentlərarası işçi qrupunun rəhbəri: “İtaliya parlamenti Xocalı faciəsi ilə bağlı qətnamə layihəsini müzakirəyə çıxaracaq”
# 08 oktyabr 2012 16:22 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu YAP-ın saytına müsahibəsində MM-in üzvü, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli deyib. O bildirib ki, Azərbaycanın yaxın dostu, Avropa Parlamenti Xarici Əlaqələr Komitəsinin sədr müavini Provera Fiorello bu qətnamənin müxtəlif siyasi partiyalar tərəfindən dəstəklənməsi istiqamətində çox mühüm işlər görüb.

A. Kərimli Azərbaycan tərəfinin bu qətnamə üzərində bu ilin əvvəllərindən çalışdığını söyləyib: “Amma indi bu məlumatı mətbuata vermək olar, çünki qətnamə layihəsi artıq avqustun 8-dən İtaliya parlamentinin rəsmi web səhifəsində yerləşdirilib, qətnaməni imzalayan 42 deputatın soyadı yazılıb. Bildiyimə görə, Əli Əhmədov qətnamənin parlamentə artıq təqdim edildiyi haqda Maurizio Del Tennodan rəsmi məktub da alıb. Artıq Ermənistanın İtaliyadakı səfiri əl-ayağa düşüb, qətnamənin müəllifi Del Tenno və bir sıra başqa deputatlarla görüşmək istəyib. Del Tenno hədə-qorxu dolu anonim məktub da alıb. Hətta sentyabrın 15-də LNP Partiyasının Pesaro şəhər şöbəsinin katibi, arvadı erməni olan (öz məktubunda bunu açıq-aydın qeyd edir) Danilo Fuligno öz partiyasının bir neçə üzvünün bu qətnaməni imzalamasına etiraz olaraq partiya rəhbərlərinə və Avropa Parlamentinin bu partiyadan olan üzvlərinə yalan və Azərbaycana qarşı böhtan dolu bir məktub yazıb. Bu məktuba artıq cavab hazırlamışıq. Bir daha qeyd etmək istəyirəm ki, bu qətnamə ətrafında mübarizə artıq açıq müstəviyə keçib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR