YAP İctimai Palatanın Milli Məclisin qarşısına təyin etdiyi aksiyaya münasibət bildirib

YAP İctimai Palatanın Milli Məclisin qarşısına təyin etdiyi aksiyaya münasibət bildirib
# 27 oktyabr 2012 10:41 (UTC +04:00)
Hansı ad altında fəaliyyət göstərməsindən asılı olmayaraq, hər kəs, bütün siyasi qüvvələr bu qanunun tələblərinə əməl etməlidir”. Bunu APA-ya açıqlamasında YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı İctimai Palatanın (İP) noyabrın 2-nə təyin etdiyi aksiyaya münasibət bildirərkən deyib. O bildirib ki, həmin gün “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunu pozanların qarşısına elə bu qanunun tələbləri çıxacaq: “Bu səbəbdən də Milli Məclisin qarşısında Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşma olmadan hansısa tədbir keçirməyə cəhd edərlərsə, qarşısı alınacaq”.

M. Qurbanlı İP-dən fərqli olaraq “Sərbəst toplaşmaq azadlığı haqqında”, Cinayət və İnzibati Xətalar məcəllələrinə ediləcək dəyişikliyin tərəfdarı olduğunu bildirib: “Bu cərimələrə kimin etirazı, şübhəsi varsa, gedib dünya ölkələrində bununla bağlı mövcud qanunlara baxsınlar. Bütün ölkələrdə qanunsuz aksiya keçirənlər cərimə və müəyyən başqa məsuliyyətlər daşıyırlar, hətta cinayət məsuliyyəti də... Artırılan cərimələr yalnız və yalnız qanunu pozanlara qarşıdır. Qanuni aksiya keçirənlərin heç bir problemi yoxdur. Belə narahatdırlarsa, aksiyaları qanuni keçirsinlər, cərimələnməsinlər”.

Qeyd edək ki, İP noyabrın 2-də Milli Məclisin qarşısında piket keçirilməsi barədə qərar qəbul edib. Aksiyada “Sərbəst toplaşmaq azadlığı haqqında”, Cinayət və İnzibati Xətalar məcəllələrinə ediləcək dəyişikliyə etiraz olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR