“Sendi” qasırğasının qurbanlarının sayı 110 nəfərə çatıb, 7 mln insan elektrik enerjisiz qalıb

“Sendi” qasırğasının  qurbanlarının sayı 110 nəfərə çatıb, 7 mln insan elektrik enerjisiz qalıb
# 31 oktyabr 2012 04:20 (UTC +04:00)
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ-da 7 mln insan elektrik enerjisiz qalıb. ABŞ və Kanadada ictimai nəqliyyatın işində fasilələr yaranıb.
Merilind ştatında qasırğa səbəbindən su təmizləyici qurğuların elektrik enerjisi kəsilib, nəticədə çaya bir necə milyon litr çirkab suları axıdılıb. Nyu Yorkda ənənəvi Helluin paradı ləğv olunub.
“Sendi” qasırğası ABŞ, Kanada, Haiti, Kuba və Baham adaları və Yamaykada insan tələfatına səbəb olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR