Bakıda Avropa Günü qeyd edilib

Bakıda Avropa Günü qeyd edilib
# 18 may 2012 08:18 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi Avropa Gününün 62-ci ildönümünə həsr olunmuş tədbir keçirib. APA-nın xəbərinə görə, AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bildirib ki, təşkilat sülh, demokratiya və qanunun aliliyi prinsiplərinə əsaslanır: “Biz bu dəyələri tərəfdaşlarımız, o cümlədən Azərbaycanla bölüşmək istəyirik”.

Səfir AB-nin Azərbaycanla siyasi dialoqu, iqtisadi əlaqələri, enerji, mədəniyyət sahələrində əməkdaşlığı fəal inkişaf etdirdiyini söyləyib: “Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlıq suverenlik və qarşılıqlı hörmət əsasında qurulur”.

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev isə Transxəzər qaz xətti layihəsinin həyata keçirilməsində Avropa Birliyinin Azərbaycan və Türkmənistanla apardığı danışıqları yüksək qiymətləndirdiklərini vurğulayıb: “Lakin enerji sahəsi yeganə prioritet deyil. Biz Avropa Birliyi ilə bir çox sahədə əməkdaşlıq perspektivləri görürük”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR