ARDNŞ: Azərbaycan qazının Avropaya nəql marşrutu bu ilin sonunadək seçiləcək

ARDNŞ: Azərbaycan qazının Avropaya nəql marşrutu bu ilin sonunadək seçiləcək
# 25 may 2012 13:53 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, danışıqların nəticəsi olaraq dövlətlərarası saziş və uzunmüddətli - 40-50 illik anlaşma sazişinin imzalanması nəzərdə tutulub: “TANAP-la bağlı müqavilənin hazırlanması ilə paralel olaraq Avropa qaz bazarı, qazın Avropaya çıxarılması marşrutları və qaz alıcıları ilə bağlı işlər də aparılır. Bu işlərin nəticəsi olaraq artıq bu ilin sonunadək Azərbaycan qazının Avropaya əsas nəqli marşrutu seçiləcək”.

Qeyd edək ki, Türkiyə ilə Azərbaycan arasında TANAP müqaviləsi 2011-ci il oktyabrın 25-də İzmirdə imzalanıb. Daha sonra tərəflər ötən ilin dekabr ayında TANAP layihəsi üzrə qarşılıqlı anlaşma memorandumu imzalayıb. Müqaviləyə uyğun olaraq Azərbaycanda ildə hasil ediləcək 16 mlrd. kubmetr qazın 10 mlrd. kubmetri bu kəmər vasitəsilə Avropaya nəql olunacaq. Azərbaycanın 80%-lik, Türkiyənin 20%-lik payı olan layihənin təxmini dəyəri 5 mlrd. dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR