Azərbaycanın Şabran rayon sakini qohumunu qətlə yetirib

Azərbaycanın Şabran rayon sakini qohumunu qətlə yetirib
# 18 mart 2012 13:25 (UTC +04:00)
Şabran rayon sakini, 1977-ci il təvəllüdlü Əziməmmədov Rəşad Akif oğlu ilə qohumu, 1985-ci il təvəllüdlü Hacıyev Emin Fəxrəddin oğlu arasında mübahisə olub.

APA-nın şimal bölgəsi üzrə müxbirinin verdiyi məlumata görə, tərəflər arasında mübahisə təsbeh üstündə baş verib. R. Əzməmmədov E. Hacıyevin onun təsbehini xəbərsiz götürməkdə ittiham edib, qarşı tərəf isə bunu qəbul etməyib. Çayxanada başlayan mübahisə rayon mərkəzindən kənarda da davam edib.

Mübahisə zəminində R. Əzməmmədov E. Hacıyevi bıçaqlayıb.
Xəsarət alan şəxs Şabran rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, bir gün sonra dünyasını dəyişib.

Faktla bağlı Şabran rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR