Kür çayının Salyan və Neftçala rayonlarından keçən hissəsində suyun səviyyəsi sürətlə qalxır

Kür çayının Salyan və Neftçala rayonlarından keçən hissəsində suyun səviyyəsi sürətlə qalxır
# 16 fevral 2012 10:00 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı - APA. Kür çayının Salyan və Neftçala rayonlarından keçən hissəsində suyun səviyyəsi qalxmaqda davam edir. Bu barədə APA-nın Mil-Muğan bürosuna Neftçala İxtisaslaşdırılmış Mənsəb Hidrometeorologiya Müəssisəsinin direktoru Əkbər Həsənov məlumat verib. Onun bildirdiyinə görə, son günlər Kürün Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində suyun səviyyəsinin artımı müşahidə olunur. Təkcə fevralın əvvəlindən indiyə kimi çayın səviyyəsi Salyan rayonunda 75 santimetr, Neftçalada isə 35 santimetr qalxıb. Çayda suyun qalxmasına səbəb kimi yağıntıların və qarın əriməsi göstərilir. Hazırda Kür çayında saniyədə 500 kubmetr su sərfi var. Bundan sonra da çayda suyun səviyyəsinin artması gözlənilir.

Əkbər Həsənovun sözlərinə görə, Kürün səviyyəsi daha 1-1,2 metr qalxarsa, hər iki rayon üçün təhlükə yarana bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR