Dağıstanda yanğın zamanı 4 uşaq ölüb

Dağıstanda yanğın zamanı 4 uşaq ölüb
# 17 mart 2012 08:35 (UTC +04:00)
Bakı - APA. Bu gün Dağıstanın Axvax rayonunun Tukita kəndində baş verən yanğın zamanı 3 yaşdan 15 yaşadək olan 4 uşaq həlak olub. APA-nın məlumatına görə, uşaqların anası, 1974-cü il təvəllüdlü qadın isə xəstəxanaya yerləşdirilib.

İlkin rəyə görə, yanğına elektrik xətlərində baş verən qısaqapanma səbəb olub.

Qeyd edək ki, yanğın barədə məlumat bu gün saat 05:00-da daxil olub. Tukita kəndinə ən yaxın olan yanğınsöndürən hissə 50 km aralıqda olan Botlix rayonunda yerləşir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR