Nabranda KİA ilə motosiklet toqquşub, iki nəfər ölüb

Nabranda KİA ilə motosiklet toqquşub, iki nəfər ölüb
# 07 iyul 2012 11:00 (UTC +04:00)
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 7-də saat 02.00 radələrində Xaçmaz rayonunun Nabran kəndi ərazisində rayon sakini Mübariz Əhmədovun idarə etdiyi KİA markalı avtomaşınla Dalğalı kənd sakini Elşən Sultanovun etdiyi "İJ" markalı motosiklet toqquşub.

Nəticədə E. Sultanovun sərnişinləri, Dalğalı kənd sakini Fərid Kəlbixanov və Nabran kənd sakini Soltan Cavadov hadisə yerində ölüblər.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR