Beynəlxalq İƏT Modelinin 2-ci Qlobal Sammitində Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı qətnamə qəbul olunub

Beynəlxalq İƏT Modelinin 2-ci Qlobal Sammitində Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı qətnamə qəbul olunub
# 11 iyul 2012 06:54 (UTC +04:00)
APA-nın xəbərinə görə, qlobal sammitin 50-dən artıq İƏT ölkəsindən olan gənc nümayəndə heyətlərindən əlavə, tədbirdə Tatarıstan Respublikası hökuməti və parlamentinin nümayəndələri, Türkiyə gənclər və idman nazirinin müavini, Malayziya Beynəlxalq Universitetinin prorektoru, İKGF və Tatarıstan Tələbə Liqasının nümayəndələri də iştirak edib.

Plenar iclas zamanı İƏT Gənclər Forumunun proqram rəhbəri Sevinc İskəndərova qlobal sammitin iştirakçıları və qonaqlar üçün İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” Beynəlxalq İnformasiya Kampaniyasının təqdimatını keçirib, bu kampaniya çərçivəsində son 3 ildə həyata keçirilən tədbirlər haqda məlumat verib və İƏT Gənclər Forumu adından sammit iştirakçılarını həmin kampaniyanı təmsil etdikləri ölkələrdə daha geniş dəstəkləməyə və daha çox gəncin bu kampaniyaya qoşulmasına təşəbbüs göstərməyə çağırıb.

Daha sonra plenar iclasda qlobal sammitin yekun qətnamələri müzakirə olunarkən Azərbaycan nümayəndə heyəti tərəfindən irəli sürülən və Azərbaycanın işğal olunmuş ərazilərindəki real vəziyyəti əks etdirən, işğal altındakı ərazilərin azad olunmasına istiqamətlənmiş qətnamə layihəsi səsverməyə çıxarılaraq yekdilliklə qəbul edilib.

İyulun 3-dən bəri davam edən 2-ci Beynəlxalq İƏT Modeli Qlobal Sammiti iyulun 10-da öz işini başa vurub. Tədbirin ən fəal və fərqlənmiş iştirakçıları və nümayəndə heyətləri İƏT Gənclər Forumu tərəfindən xüsusi sertifikat və mükafatlarla təltif olunublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR