USAID Azərbaycana aqrar sektorda dəstək verəcək

USAID Azərbaycana aqrar sektorda dəstək verəcək
# 23 oktyabr 2012 10:47 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafına dəstək üçün layihələrə başlamaq niyyətindədir. Bu barədə «APA-Economics»ə USAID-in Azərbaycandakı missiyasının direktoru Maykl Qrin bildirib: «Ölkə prezidentinin müəyyən etdiyi əsas inkişaf istiqaməti olan iqtisadiyyatın diversifikasiyası məqsədlərinə yönəldilmiş layihələrə üstünlük veririk. Bu baxımdan, əsas diqqəti kənd təsərrüfatı sahəsinə yetirəcəyik, çünki bu sahə həm cəlbedici, həm də potensialı olan sahədir».

Missiya rəhbəri bildirib ki, USAID aqrar sahədə həyata keçirəcəyi layihələr vasitəsilə kiçik fermerlərə və emalla məşğul olan şəxslərə öz texniki və maliyyə yardımlarını göstərəcək: «Planlaşdırdığımız layihələr üçün əvvəlcə daha çox diqqət yetiriləcək aqrar sahələri müəyyən etməyə başlamışıq. Aparılan işlərin nəticəsi olaraq əsas diqqət südçülük, balıqçılıq, meyvəçilik və qoz-fındıq sahələrinə yetiriləcək». Adı çəkilən sahələrdə fermerlərə həm məhsuldarlığın, həm də gəlirlərin artırılmasında yardım ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR