Hüseyn Cavidin 130 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Hüseyn Cavidin 130 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib
# 24 oktyabr 2012 16:42 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar, filologiya elmləri doktoru Nizaməddin Şəmsizadə çıxış ediblər. Yubileydə “İblis” faciəsindən Arifin monoloqu, Xalq çalğı alətləri Ansamblının çıxışı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorlarının ifasında “Afət” pyesindən, “Şeyx Sənan” faciəsindən, Yusif Səmədoğlu “Qətl günü” romanından parçalar nümayiş olunub. Eyni zamanda Fikrət Əmirovun “Şeyx Sənan” faciəsindən “Kor ərəbin mahnısı” xalq artisti Alim Qasımovun ifasında təqdim olunub. Tədbirdə baş nazir Artur Rəsizadə, hökumət və parlament üzvləri də iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR