Azərbaycan ərazisinin yarıya qədəri eroziyaya məruz qalıb

Azərbaycan ərazisinin yarıya qədəri eroziyaya məruz qalıb
# 05 oktyabr 2012 11:34 (UTC +04:00)
Bunu APA-ya İnstitutun direktoru Seymur Səfərli bildirib. Onun sözlərinə görə, Polşa tərəfinin yardımı texniki təminat və mütəxəssis hazırlığına köməkdən ibarətdir. Ötən il institutun 2, bu il isə 3 əməkdaşı Polşada GİS texnologiyalar əsasında xəritələr hazırlamaq sahəsində ixtisaslaşıb.

S. Səfərli deyib ki, ilkin olaraq Dağlıq Şirvan ərazisi üçün potensial və aktual eroziya xəritəsi hazırlanıb. Hazırda Kürdəmir rayonunun 100 ha şoranlaşmış ərazisində belə xəritələr hazırlanır: “Bunun ardınca Quba-Xaçmaz bölgəsi, gələn il isə Şəki-Zaqatala regionu üçün potensial və aktual eroziya təhlükəlilik xəritələri tərtib ediləcək. Yaxın illərdə isə bütün ölkə üzrə eroziya təhlükəlilik xəritəsi tərtib olunacaq”.

S. Səfərli qeyd edib ki, hazırda ölkə ərazisinin 43,3 faizi eroziyaya məruz qalıb: “Bu rəqəm ildən-ilə dəyişir. Ümumiyyətlə, Azərbaycan torpaqlarında eroziyanın ildən-ilə artım tendensiyası müşahidə olunur. Bunun qarşısını almaq üçün konservasiyalı əkinçilikdən istifadə etmək, şum aparmamaq və bitki qalıqlarını sahədə saxlamaq lazımdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR