Türkiyənin bir neçə yazıçısı Azərbaycan Yazıçılar Birliyinin Bəxtiyar Vahabzadə Beynəlxalq Mükafatına layiq görülüb

Türkiyənin bir neçə yazıçısı Azərbaycan Yazıçılar Birliyinin Bəxtiyar Vahabzadə Beynəlxalq Mükafatına layiq görülüb
# 13 mart 2012 12:48 (UTC +04:00)
APA-nın məlumatına görə, mükafatların təqdim olunması münasibətilə keçirilən tədbirdə çıxış edən AYB sədri Anar bildirib ki, Avrasiya Yazarlar Birliyi qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, bir sıra böyük işlər görməyə müvəffəq olub. Bu müddətdə Birliyin təşəbbüsü ilə Azərbaycan yazıçılarının Türkiyədə kitabları nəşr olunub. “Qardaş qələmlər” dərgisi isə artıq bir neçə ildir türk dünyası ədəbiyyatından nümunələr çap etməklə türk dünyası yazıçılarının təbliğində əvəzsiz rol oynayır. İmdad Avşar isə Azərbaycan ədəbiyyatından bir çox nümunələrin Anadolu türkcəsinə çevrilməsində xüsusi fəaliyyət göstərib. Məhz buna görə də hər üç yazar AYB katibliyinin qərarı ilə ilk dəfə təsis olunan Bəxtiyar Vahabzadə Beynəlxalq Mükafatına layiq görülüblər.

Təqdimat mərasimində bir qrup Azərbaycan yazıçısına Avrasiya Yazarlar Birliyinin üzvlük vəsiqəsi verilib.

Tədbirdə həmçinin Əli Ağbaşın Bakıda nəşr olunan “Seçilmiş şeirləri” toplusunun, İmdat Avşarın “Anamın saatları” kitabı və onun Türkiyədə nəşr edilən “Övliya Çələbinin izi ilə Azərbaycan” kitablarının təqdimatı da keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR