Azərbaycanda ötən il törədilmiş dəhşətli qətlin üstü açılıb

Azərbaycanda ötən il törədilmiş dəhşətli qətlin üstü açılıb
# 06 avqust 2012 10:46 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycanda baş vermiş dəhşətli qətlin üstü açılıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 3-də Sabirabad rayon sakini Zeynal Ələkbərovun itkin düşməsi barədə verilmiş məlumatla əlaqədar həyata keçirilən araşdırmalar zamanı onun 2011-ci ilin yanvar ayının 16-da qardaşı Əli Ələkbərov və arvadı Gülbəniz Ələkbərova tərəfindən öldürülərək Suqovuşan kəndindəki evinin zirzəmisində basdırılması müəyyən edilib. G. Ələkbərova Sabirabad rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutulub.

Hadisənin digər iştirakçısı Ə. Ələkbərov isə 2011-ci ilin aprel ayında öz əcəli ilə dünyasını dəyişib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR