Azərbaycanın sənaye və energetika naziri: “Neft hasilatını uzun müddət artırmamalıyıq” - FOTO VİDEO

Azərbaycanın sənaye və energetika naziri: “Neft hasilatını uzun müddət artırmamalıyıq” - <font color=red>FOTO VİDEO</font>
# 29 fevral 2012 09:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan neft hasilatını uzun müddət hazırkı səviyyədə saxlamalıdır. “APA-Economics”in xəbərinə görə, bu barədə sənaye və energetika naziri Natiq Əliyev Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunda (CEIBC) keçirilən görüşdə bildirib.

Onun sözlərinə görə, Azərbaycan qarşıdakı müddətdə neft hasilatını artırmamalıdır: “Belə ki, ölkə 1994-cü ildə neft sənayesinin inkişafı üzrə qarşısına qoyduğu məqsədə tam çatıb. Hasilatı artırmağın neqativ fəsadları ola bilər. Məsələn, bu halda ölkəyə valyuta axını arta və nəticədə inflyasiya güclənə bilər”.

Azərbaycanın kifayət qədər qaz ehtiyatına malik olduğunu deyən nazir yeni yataqların kəşf edilməsini davam etdirməyin vacib olduğunu vurğulayıb.

Nazir qeyd edib ki, Azərbaycan sənayesinin kifayət qədər xammal bazası, faydalı qazıntı ehtiyatları var və bunlar kifayət qədər öyrənilməyib: “Buna arxalanaraq sənaye sahəsinin inkişafını istiqamətləndirməliyik. Hesab edirəm ki, neft-qaz sənayesinin dövlətin əlində qalması düzgün addımdır. Beynəlxalq praktika da bunu göstərir. Lakin sənayenin başqa sahələrini sahibkarlara verib inkişaf etdirmək lazımdır. Hazırda bununla bağlı hüquqi-normativ baza təkmilləşdirilir. Yaxın 1-1,5 il müddətinə qanunlar qəbul edib sahibkarları bu sahəyə cəlb etmək lazımdır. Düşünürəm ki, 2020-ci ilə qədər bu məsələləri həll etməliyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR