Hacıqabulda poçt məntəqəsində yanğın baş verib

Hacıqabulda poçt məntəqəsində yanğın baş verib
# 03 sentyabr 2012 10:28 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Hacıqabul rayonunda poçt məntəqəsində yanğın baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istindən verdiyi məlumata görə, , Qubalıbalaoğlan kəndində ümumi sahəsi 20 kvadrat metr olan poçt məntəqəsinin dam örtüyünün yanar konstruksiyaları və içərisində olan əşyalar 20 kvadrat metr sahədə yanıb. Poçt məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR