Rusiya XİN başçısının müavini: “Gürcüstanda baş verən həbsxana qalmaqalının Rusiya ilə heç bir əlaqəsi yoxdur”

Rusiya XİN başçısının müavini: “Gürcüstanda baş verən həbsxana qalmaqalının Rusiya ilə heç bir əlaqəsi yoxdur”
# 24 sentyabr 2012 18:47 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. “Gürcüstanda baş verən həbsxana qalmaqalının Rusiya ilə heç bir əlaqəsi yoxdur”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasin deyib. Onun sözlərinə görə, həbsxana qalmaqalında Moskvanın adının hallanması gülməlidir və bu heç bir fakta söykənmir.

Qeyd edək ki, bir neçə gündür ki, Qldani həbsxanasında baş vermiş işgəncə faktları ilə bağlı Tiflisdə etiraz aksiyaları keçirilir. Gürcüstan mətbuatında bu aksiyalar oktyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar xarici qüvvələrin Gürcüstan cəmiyyətində stabilliyi pozmaq cəhdi kimi qiymətləndirilir. Gürcü dövlət adamları Qldani həbsxanasında baş verən qalmaqalın arxasında Rusiyanın dayandığını iddia edirlər.

Rusiya XİN başçısının müavini Gürcüstan tərəfinin Rusiyanın keçirdiyi “Qafqaz 2012” hərbi təlimləri ilə bağlı bəyanatını da şərh edib: “Məndə elə bir təəsürat var ki, Tiflisdə kimsə bilə-bilə heç bir əsas olmadan “Qafqaz 2012” təliminin təhlükəli olması mif yaradır”. Q. Karasin “Qafqaz 2012” təliminin keçiriləcəyi ilə bağlı elanın Gürcüstanda parlament seçkilərinin elanından qabaq verildiyini söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR